Türkiyə millisi ilk oyununda uduzdu

Türkiyə millisi ilk oyununda uduzdu
Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start verilib.
Yığmamızın da yer aldığı 5-ci qrupda bir oyun keçirilib.
"Bayıl Arena"da baş tutan görüşdə Türkiyə və Bosniya və Hersoqovina yığmaları üz-üzə gəlib. Matç Türkiyə millisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, qrupun digər matçında bu gün Azərbaycan millisi Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
10 noyabr
Avropa çempionatının seçmə mərhələsi
Türkiyə - Bosniya və Hersoqovina - 1:2
Qollar: Özcan, 13 (1:0),  Mustedanaqiç, 50 (1:1), Qoyak, 79 (1:2)
Qırmızı vərəqə: B.Bekaroğlu, 48 (Türkiyə)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər