İstanbul şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, qarşılaşma 6:4 hesabı ilə türkiyəli futzalçıların xeyrinə başa çatıb.
Azərbaycan millisinin heyətində Vieira da Silva Auqusto Sezar het-trik edib, bir qolu isə Ribeyro dos Santos Felipe vurub.
Xatırladaq ki, bu komandalar arasında dekabrın 10-da keçirilmiş yoldaşlıq oyunu 4:1 hesabı ilə millimizin xeyrinə yekunlaşmışdı.
Fanat.az