Türkiyə mətbuatı Subaşiçi ən yaxşı seçdi

Türkiyə mətbuatı Subaşiçi ən yaxşı seçdi
Türkiyə mətbuatı Branimir Subaşiçin oyununu dəyərləndirib. Fanat.az xəbər verir ki, "Orduspor"un hücumçusu "Şanlıurfaspor"la matçın ən yaxşısı seçilib.
Belə ki, son turun oyununda 90 dəqiqə oynayan Subaşiç 1 qol vurub və 2 qol ötürməsi verib. Türkiyə mətbuatı onun oyununu 4 ulduzla dəyərləndirib. Bu iki komandanın heyətində yer alan futbolçuların aldığı ən yüksək qiymət olub. Subaşiçdən başqa heç kim "4 ulduz"a layiq görülməyib.
Qeyd edək ki, "Orduspor" mövsümü 3-cü pillədə bitirib və Super Liqaya vəsiqə uğrunda play-off oyunlarına qatılacaq. Subaşiçin komandası "Mersin İdman Yurdu" ilə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər