Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, çərçənbə axşamı bir oyun keçirilib.
İlk yarımfinal görüşü "Beşiktaş”la Superliqanın son qalibi "Başakşəhər” arasında reallaşıb.
İstanbul derbisində "qartallar” ilk yarıda iki qol vursalar da, fasilədən sonra üstünlüyü əldən veriblər. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə yarım saatda daha bir qol vuran "Beşiktaş” adını finala yazdırıb.
İstanbul nəhənginin həlledici matçdakı rəqibinin kimliyi sabah baş tutacaq "Antalyaspor” – "Alanyaspor” görüşündən sonra bilinəcək.
Türkiyə Kuboku
Yarımfinal
16 mart
Beşiktaş – Başakşəhər 3:2
Qollar: Abubakar, 17. Vida, 22. Larin, 102 – D.Türüç, 60. Juliano, 77.