52-ci dəfə təşkil olunan Türkiyə Kubokunun qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, 8 komandanın mübarizə aparacağı mərhələdə böyük klublardan yalnız "Qalatasaray" çıxış edəcək.
"Cim-Bom"la yanaşı bu mərhələyə "Elazığspor", "Tokatspor", "Antalyaspor", "Eskişəhərspor", "Sivasspor", "Akhisar Bələdiyyəspor" və "Bursaspor" vəsiqə qazanıb. Komandalar hər birində 4 komanda olmaqla 2 qrupa bölünəcək. Qruplarda ilk iki pillənin sahibləri yarımfinala vəsiqə qazanacaq.
Fanat.az