Türkiyə Kubokunun qalibi bəlli oldu

Türkiyə Kubokunun qalibi bəlli oldu

Türkiyə Kubokunda 2022/23 mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, final oyununda “Fənərbağça” ilə “Başakşəhər” komandaları üz-üzə gəliblər.

Rəqibini 2 cavabsız qolla məğlub edən “Fənərbağça” 10 il sonra ölkə kubokuna sahib çıxıb. Sonuncu dəfə 2013-cü ildə bu uğura imza atmış komanda bütövlükdə 7-ci dəfə Türkiyə Kubokunu qazanıb.

Türkiyə Kubokunu ən çox qazanan komanda “Qalatasaray”dır - 18 dəfə. “Beşiktaş” 10, “Trabzonspor” 9 dəfə bu uğura imza atıb.

Türkiyə Kuboku Final 11 iyun

Fənərbağça – Başakşəhər 2:0 Qol: Batşuayi, 1; 29.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər