Türkiyə Kuboku: Namikin komandası "lotereya"da uduzdu

Türkiyə Kuboku: Namikin komandası "lotereya"da uduzdu

Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.   Super Liqa təmsilçisi “Yeni Malatyaspor” aşağı liqada mübarizə aparan “Bandırmaspor”a uduzaraq mübarizəni dayandırıb.    Azərbaycan yığmasının yarımmüdafiəçisi Namik Ələskərovun komandası – “Bursaspor” elita təmsilçisi “Qaziantep”ə penaltilərlə uduzaraq mübarizəni dayandırıb. Bu oyuna start heyətdə başlamış azərbaycanlı futbolçu 62-ci dəqiqədə əvəzlənib.   “Kayserispor”, “Konyaspor”, “Sivasspor” və “Beşiktaş” da sürprizə imkan verməyib.   Türkiyə kuboku 5-ci mərhələ 28 dekabr   Kasımpaşa – Kocaelispor 5:3 Hatayspor – Mənəmənspor 1:0 Antalyaspor – Girəsunspor 2:1 Trabzonspor – Boluspor 1:0 Qalatasaray – Dənizlispor 3:3 (penaltilər 5:6)   29 dekabr   Alanyaspor – Mardin BB 5:0 Fatih Karagümrük – Bodrumspor 4:0 Adana Dəmirspor – Ankaraspor 3:2 Göztəpə – Samsunspor 1:0 Fənərbağça – Afyonspor 2:0   30 dekabr   Yeni Malatyaspor – Bandırmaspor 2:3 Kayserispor – Aksaray 4:0 Konyaspor – Ümraniyəspor 2:0 Sivasspor – Ankaragücü 2:1 Qaziantep – Bursaspor 1:1 (penaltilər 5:4) Beşiktaş – Altay 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər