Türkiyə Kuboku: "Kayserispor"un finaldakı rəqibi bilindi

Türkiyə Kuboku: "Kayserispor"un finaldakı rəqibi bilindi

Bu gün Futbol üzrə Türkiyə Kubokunda ikinci finalçı bəlli olub.

Fanat.Az xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində “Sivasspor” “Alanyaspor”u qəbul edib.   İlk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Sivas təmsilçisi cavab oyununda bu üstünlüyünü qollu heç-heçə ilə qoruyub və finala yüksəlib.

"Qırmızı-ağlar"ın finaldakı rəqibi dünən ölkə çempionu "Trabzonspor"u 4:2 hesabıyla məğlub edən (ilk oyunda trabzonlular 1:0 hesablı qələbə qazanmışdı) “Kayserispor” olacaq . Həlledici matç mayın 26-da keçiriləcək.   Türkiyə Kuboku Yarımfinalın cavab oyunları 10 may   Kayserispor – Trabzonspor 4:2 Qollar: Başsan, 48; 90+6. Hosseini, 59. Tiam, 90+1-pen. – Nvakaeme, 3-pen. Bakasetas, 82. İlk oyun – 0:1.   11 may   Sivasspor – Alanyaspor 1:1 Qollar: Arslan, 88 – Dyedyu, 78. İlk oyun – 2:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər