Türkiyə Kuboku: Coşqunsuz "Çorum" Vüsalsız "Boluspor"u yendi

Türkiyə Kuboku: Coşqunsuz "Çorum" Vüsalsız "Boluspor"u yendi

Türkiyə Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün 4 qarşılaşma reallaşıb.

“Trabzonspor” “Rizəspor”a qalib gəlməklə qrup birincisi qismində 1/4 finala adlayıb. “İskenderunspor” isə “Fatih Karagümrük”ü yenərək ikinci yeri tutub və növbəti mərhələdə oynamaq hüququ qazanıb.

Bu gün həm də C qrupunda “Çorum”la “Boluspor” üz-üzə gəliblər. Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Çorum” digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandasını 2:1 hesabı ilə üstələyib. Nə Coşqun bu görüşdə meydanda olub, nə də Vüsal.

Türkiyə Kuboku 26 fevral

A qrupu

Ankaragücü – Alanyaspor 1:1 Qollar: Rotariu, 66 – Kordova, 48.

Fatih Karagümrük – İskenderunspor 1:2 Qollar: Mert, 50-pen – Zəngin, 5. Polat, 7.

Trabzonspor – Rizəspor 5:2 Qollar: Lundstram, 14. Vişça, 41. Mendi, 45. Çam, 59. Banza, 83 – Yureçka, 63-pen. Hoyer, 89.

Xal durumu: Trabzonspor – 7. İskenderunspor – 5. Alanyaspor – 4. Rizəspor – 3. Fatih Karagümrük – 3. Ankaragücü – 2.

C qrupu

Çorum – Boluspor 2:1 Qollar: Rençber, 41. Güler, 77 – Işık, 47.

Xal durumu: Konyaspor – 6. Qalatasaray – 4. Başakşəhər – 4. Eyüpspor – 3. Çorum – 3. Boluspor – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər