Türkiyə Kuboku: "Alanyaspor" da yarımfinala yüksəldi

Türkiyə Kuboku: "Alanyaspor" da yarımfinala yüksəldi

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün daha bir matç keçirilib.   “Alanyaspor” evdə “Qaziantep” üzərində əzmkar qələbə qazanaraq yarımfinala yüksəlib. 

“Trabzonspor” finala vəsiqə uğrunda “Kayserispor”la, “Sivasspor” isə “Alanyaspor”la üz-üzə gələcək.

  Türkiyə kuboku 1/4 final

3 mart   Alanyaspor – Qaziantep 2:1 Qollar: Bingöl, 74. Aydın, 102 – Djibolodji, 90+1.

2 mart   Sivasspor – Fatih Karagümrük 1:0 Qol: Yatabare, 69.   Beşiktaş – Kayserispor 1:2 Qollar: Rozye, 43 – Qavranoviç, 6. Kardozo, 65.

1 mart   Trabzonspor – Antalyaspor 2:0 Qollar: Vişça, 12. B.Özdəmir, 89.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər