"Türkiyə klubunun yarımmüdafiəçimizlə maraqlandığını bilirik" - Əmrah Çəlikəl

"Türkiyə klubunun yarımmüdafiəçimizlə maraqlandığını bilirik" - Əmrah Çəlikəl
"Qarabağ"ın serb yarımmüdafiəçisi Uroş Matiç karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az qardaş ölkənin idman mətbuatına (Giresun Spor Gazete) xəbər verir ki, ötən yay Ağdam klubuna transfer edilən və 2+1 illik müqaviləyə imza atan futbolçu 1-ci Liqa təmsilçisi "Giresunspor"un maraq dairəsinə düşüb.
Məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq:
"Matiçlə maraqlandıqlarından xəbərimiz var. "Giresunspor"un idman direktoru Fatih Kavlak azərbaycanlı futbol azarkeşləri üçün də tanış simadır. Yəni onunla dost münasibətimiz var. Amma Uroşa görə "Qarabağ"a rəsmi təklif gəlməyib. İndilik onu deyə bilərəm ki, Matiçin bizim klubla 1+1 illik müqaviləsi var".
Atilla 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər