Türkiyə klubunun baş məşqçisi getdi

Türkiyə klubunun baş məşqçisi getdi

"Kayserispor”un baş məşqçisi Ərtoğrul Sağlam postunu tərk edib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, türk çalışdırıcı uğursuz nəticələrə görə bu addımı atıb. 49 yaşlı mütəxəssis 2018-ci ilin mayından "Kayserispor”u çalışdırırdı.

 

Hazırda Kayseri təmsilçisi 14 turdan sonra 12 xalyığaraq, turnir cədvəlinin 17-ci pilləsində mövqe tutub.

 

Sağlam məşqçi karyerası ərzində "Bursaspor”, "Beşiktaş” kimi komandaları çalışdırıb. 2009/10 mövsümündə "Bursaspor”u Super Liqada çempion edən Sağlam, 2018-ci ilin yanvarından aprelə qədər İranın "Traktorsazi” klubunun baş məşqçisi olub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər