Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Altınordu" klubu millimizin üzvü Toğrul Eratı heyətinə cəlb etmək istəyir.
Fanat.az xəbər verir ki, artıq Almaniyanın "Fortuna" (Düsseldorf) klubunun ikinci komandasında çıxış edən Erata rəsmi təklif göndərilib.
Almaniya II Bundesliqadında çıxış edən "Duysburq" klubu da millimizin yarımmüdafiəçisi ilə yaxından maraqlanır.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm “Fortuna”nın heyətində 31 oyun keçirib və 10 qol vurub.
Fanat.az