Türkiyə klubunda kütləvi yoluxma

Türkiyə klubunda kütləvi yoluxma

Türkiyənin "Qaziantep" klubunun heyətində koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Fanat.Az xəbər verir ki, məlumatı Super Liqa təmsilçisinin rəsmi saytı yayıb. 

Xəbərə görə, 7 futbolçu, 1 məşqçi və 1 işçinin testi müsbət çıxıb.

Həmin şəxslər karantinə alınıb.

Qeyd edək ki, "Qaziantep" yanvarın 14-də Türkiyə Super Liqasının XXI turunda "Beşiktaş"ın qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər