Türkiyə klubunda baş məşqçi istefası

Türkiyə klubunda baş məşqçi istefası

Türkiyənin “Qaziantep” klubu baş məşqçi Erol Bulutu istefaya göndərib.

Fanat.Az istefaya komandanın Super Liqanın cari mövsümündəki uğursuz çıxışı səbəb olub.

Belə ki, “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib. Komanda cari mövsümdə keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və 19 iştirakçı arasında 13-cüdür.

Bulut 2021-ci ilin mayından “Qaziantep”ə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 65 matça çıxıb, 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 məğlubiyyətə üzülüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər