Türkiyə klubu tanınmış vingerlə gücləndi

Türkiyə klubu tanınmış vingerlə gücləndi

Türkiyənin “Alanyaspor” klubu heyətinə yeni oyunçu qatıb. 

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Fulhem” klubunun vingeri İvan Kavaleyrunu rənglərinə bağlayıb.

Bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı İvan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.

Kavaleyru 2020-ci ilin yanvarında 11,8 milyon avro qarşılığında “Vulverhempton”dan “Fulhem”ə transfer olunub. Portuqaliyalı oyunçu bu komandanın heyətində 78 oyuna çıxaraq 7 qol vurub. O, Portuqaliya yığmasında 2 oyun keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər