Türkiyə klubu Dzyubaya rəsmi təklif göndərdi - SON DURUM

Türkiyə klubu Dzyubaya rəsmi təklif göndərdi - SON DURUM

"Zenit"dən ayrılandan sonra azad agent statusu daşıyan rusiyalı hücumçu Artyom Dzyubaya Türkiyədən yeni çağırış var.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış jurnalist Yağız Sabunçuoğlu yayıb.

Xəbərə görə, "Adana Demirspor" 33 yaşlı forvarda rəsmi təklif göndərib. Adanalıların Dzyubanı hansı şərtlərlə heyətinə qatmaq istədiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Dzyubanın "Zenit"dəki sabiq komanda yoldaşı - ukraynalı müdafiəçi Yaroslav Rakitski iyulda "Adana Demirspor"a keçib. Sözügedən Super Liqa klubunda ötən ilin yayından tanınmış hücumçu Mario Balotelli də top qovur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər