Türkiyə klubu baş məşqçisiz qaldı

Türkiyə klubu baş məşqçisiz qaldı

Türkiyənin “Ankaragücü” klubunun baş məşçqisi Ömər Ərdoğan istefa verib.

Fanat.Az xəbər verir ki, o, Super Liqanın 23-cü turu çərçivəsində baş tutan “Fatih Karagümrük”lə matçdan sonra postundan ayrıldığını açıqlayıb.

Buna komandanın sözügedən matçda 0:2 hesablı məğlubiyyəti səbəb olub. Bu, son beş matçda üçüncü məğlubiyyət olub.

Ankara təmsilçisi Super Liqada 21 turdan sonra 22 xalla 13-cü pillədə qərarlaşıb.

Ərdoğan 2022-ci iliin yayından bu komandaya rəhbərlik edirdi. O, daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da da baş məşqçi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər