Türkiyə klubları əl-ələ verdi: Yardım toplanır

Türkiyə klubları əl-ələ verdi: Yardım toplanır

Türkiyənin tanınmış futbol klubları zəlzələdən əziyyət çəkən vətəndaşlara kömək etməyə çalışırlar. 

Fanat.Az xəbər verir ki, komandalar sosial şəbəkə hesabları üzərindən insanları yardım kampaniyasına qoşulmağa səsləyiblər.

"Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" klublarının İstanbulda yerləşən baza və stadionları yardım toplama düşərgəsinə çevrildi. Qısa müddət ərzində insanlar zəlzələ bölgəsinə göndərmək üçün lazım olan ləvazimatları topladılar. 

"Qalatasaray"ın bazasından 18, "Fənərbağça"dan 9, "Beşiktaş" tərəfdən isə 2 yük maşını yola düşüb. Bununla yanaşı 120 nəfər "Beşiktaş" azarkeşi axtarışlara kömək etmək üçün Hataya yollanıb. 

"Trabzonspor" isə futbol akademiyasında 8-17 yaşlı uşaqların gətirilib qalması üçün şərait yaradıb. 

Röya  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər