Avropa çempionatına hazırlaşan İngiltərə və Türkiyə mililəri yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, qarşılaşma Mançesterdəki "Etihad" stadionunda tutub.
Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Harri Kin açıb. 14-cü dəqiqədə Hakan Çalhanoğlu bərabərliyi təmin edib. 72-ci dəqiqədə Türkiyə millisinin qapısına penalti təyin edilsə də, Harri Kin dubl etmək imkanını əldən verib. Buna baxmayaraq, İngiltərə qələbə qolunu vurub. 83-cü dəqiqədə "Leyçester"in heyətində Premyer Liqanın qalibi olmuş Ceymi Vardi Türkiyəni məyus edib.
Qeyd edək ki, İngiltərə Avropa çempionatının startınadək Avstriyaliya (27 may) və Portuqaliya (2 iyun) ilə yoxlama oyunu keçirəcək. Türkiyə isə Çernoqoriya (29 may) və Sloveniya (5 iyun) ilə qarşılaşcaq.
Fanat.az