Türkiyə Finlandiyaya, Ansi Aqolli İtaliyaya qarşı

Türkiyə Finlandiyaya, Ansi Aqolli İtaliyaya qarşı

Bu gün "DÇ-2018"in seçmə mərhələsinin Avropa zonasında V turun oyunlarına start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə D, G və İ qruplarındakı matçlar baş tutacaq.

 

İrlandiya və Uels milliləri D qrupunda liderlik uğrunda mübarizə aparacaq. Bu matçın nəticəsi digər iddialı Serbiya üçün də az önəm kəsb etmir. Onlar isə öz növbələrində Gürcüstanı üstələməyə çalışacaqlar. Avstriya isə autsayder Moldova qarşısında qələbə qazanaraq xal ehtiyatını artırmaq iddiasındadı.

 

G qrupunda da oxşar vəziyyət yaşanacaq. Lider İspaniya 3-cü pillədəki İsraillə üz-üzə gələcək, İtaliya isə nisbətən asan sınağa çıxacaq. “Skuadra azzura” Albaniyanı qəbul edəcək. Albaniya millisinin heyətində "Qarabağ"ın futbolçusu Ansi Aqolli yer alıb. Lixteynşteyn - Makedoniya görüşü isə xalsız iki komandadan birinin və ya hər ikisinin siftə etmək şansı olacaq.

 

İ qrupunda ilk iki pillənin sahibi qarşılaşacaq. Xorvatiya və Ukrayna arasında matç izləyiciləri üçün şansdı. Finlandiyanı sınağa çəkəcək Türkiyə millisi bundan yararlanıb qrupda düşdüyü çətin vəziyyəti nisbətən düzəltməyə çalışacaq.

 

DÇ-2018

Seçmə mərhələ

V tur, 24 mart

 

D qrupu

21.00 Gürcüstan - Serbiya

23.45 İrlandiya - Uels

23.45 Avstriya - Moldova

1. İrlandiya43107-3  10

2. Serbiya42209-5  8

3. Uels41308-4  6

4. Avstriya41126-7  4

5. Gürcüstan40223-5  2

6. Moldova40132-11  1

 

G qrupu

23.45 Lixtenşteyn - Makedoniya

23.45 İtaliya - Albaniya

23.45 İspaniya - İsrail

1. İspaniya431015-1  10

2. İtaliya431011-4  10

3. İsrail43018-5  9

4. Albaniya42024-6  6

5. Makedoniya40044-11  0

6. Lixtenşteyn40041-16  0

I qrupu

21.00 Türkiyə - Finlandiya

23.45 Kosovo - İslandiya

23.45 Xorvatiya - Ukrayna

1. Xorvatiya431010-1  10

2. Ukrayna42207-3  8

3. İslandiya42116-5  7

4. Türkiyə41215-5  5

5. Finlandiya40133-6  1

6. Kosovo40131-12  1

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər