Türkiyə çempionatında görünməmiş etiraz aksiyası

Türkiyə çempionatında görünməmiş etiraz aksiyası

Türkiyənin birinci liqasında indiyədək görülməmiş etiraz forması həyata keçirilib.

Fanat.Az xəbər verir ki, olay "Qaziantepspor" - "Manisaspor" matçında yaşanıb. Start fitindən dərhal sonra "Qaziantepspor"lu futbolçular təxminən 1 dəqiqə ərzində protokol tribunasına tərəf arxalarını çevirərək hərəkətsiz qalıb. Bu müddətdə, rəqib komandanın üzvləri öz aralarında paslaşaraq etirazın bitməsini gözləyib. 90 dəqiqənin sonunda isə "Manisaspor" rəqibini 4:1 hesablı məğlubiyyətə uğradıb. 

Oyundan sonra "Qaziantepspor"un baş məşqçisi olayla bağlı bunları söyləyib: "Bilirsiz, ötən həftə şəhərin iki komandası qarşılaşdı. Çox gərgin matç oldu. Bu qədər mübarizliyin, gərginliyin ardından şəhərin, rəhbərliyin dəstəyini almaq üçün çox çalışdıq, amma olmadı. Həftə içərisində çox böyük problemlər yaşadıq. Bu futbolçuları nə qədər uzaq saxlamağa çalışsaq da olmadı. Buna çox üzüldük, məşqlər edə bilmədik. Qidalanma ilə bağlı problemlər oldu, şəhərin dəstəyini görmədik. Biz "Qaziantepspor"a və bu futbolçulara dəstək olaq. Komandaya 6-7 futbolçu lazımdı. İnşallah transferlər olar".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər