5 yaşlı uşağa hücum edənlərə bəraət verildi.
Sport7.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oktyabrın 18-da oynanılan "Kayserispor" - "Fənərbaxça" qarşılaşması zamanı tribunalarda yaşananların istintaqı tamamlanıb. Kayseri şəhərinin prokurorluğu şübhəli qismində istintaqa cəlb olunan amiqo Recai Kahramanın günahsız olduğu qənaətinə gəlib.
Xatırladaq ki, həmin gün 5 yaşlı oğlu Berkayla Kayseri stadionuna gələn Ramazan Çoban uşağın əynində "Fənərbaxça" forması olduğu üçün bir qrup şəxsin hücumuna məruz qalmışdı. Yaşananlardan qorxuya düşən Berkay atasına qısılıb ağlamağa başlamışdı. Həmin görüntülərin qarşılaşmanı canlı yayımlayan LİG TV-nin kameralarına tuş gəlməsindən sonra hiddətlənən Türkiyə ictimaiyyəti günahkarların cəzalandırılmasını tələb etmişdi.
İstintaqın gəldiyi nəticəyə əsasən hücum edənlərin arasında Recai Kahramanın olmayıb, onun kameraların obyektivinə düşməsi isə sırf təsadüfdür. Berkayın atası da həmin vaxt hansısa fiziki təzyiqə məruz qalmadığını, oğluna və özünə hansısa hücum olmadığını təsdiqləyən ifadə verib.
Fanat.az