Türkiyə - Azərbaycan oyununun vaxtı müəyyənləşdi

Türkiyə - Azərbaycan oyununun vaxtı müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 17-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun məkanı və başlama vaxtı müəyyələşib.

Fanat.Az xəbər verir ki, Türkiyə - Azərbaycan qarşılaşması İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, U-21 iki gün sonra – iyunun 20-də isə Dalğa Arena”da, saat 19:30-da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər