Milli komandalar arasında yoxlama oyunları keçirilir. Fanat.az xəbər verir ki, Türkiyə yığması bu gecə Avstriyanın qonağı olub.
Oyun türklərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 22-ci dəqiqədə Avstriya yığmasının bosniya əsilli üzvü Zlatko Yunuzoviç açıb. 43-cü dəqiqədə Hakan Çalhanoğlu bərabərliyi təmin edib. 56-cı dəqiqədə isə Arda Turan Türkiyənin qələbə qolunu vurub.
Qedy edək ki, Türkiyə bundan əvvəl İsveçi eyni hesabla yenmişdi.
Fanat.az