Türkiyə Avropa çempionatının finalında

Türkiyə Avropa çempionatının finalında
Voleybol üzrə Avroa çempionatının finalçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici matça Türkiyə və Serbiya milliləri vəsiqə qazanıb.
Türkiyə yarımfinalda Polşaya 3:1 hesabı ilə qalib gəlib. "Ay-ulduzlular" finalda son Avropa və dünya çempionu Serbiyaya rəqib olub. Serblər yarımfinalda İtaliyaya qalib gəlib - 3:1.
Final qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20.30-da başlayacaq. Saat 18.30-da isə İtaliya və Polşa arasında üçüncü yer uğrunda oyun baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Bolqarıstana uduzub (0:3) və 10-cu yeri tutub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər