Türkiyə 90+4-də güldü - VİDEO

Türkiyə 90+4-də güldü - VİDEO

Avropa çempionatının final mərhələsinə hazırlaşan Türkiyə millisi növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Fatih Terim yetirmələrini Çernoqoriya ilə oyunda sınayıb.

Antalya Atatürk stadionunda baş tutan matç türklərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qoluna 90+4-cü dəqiqədə Mehmet Topal imza atıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərəyə uduzan (1:2) Türkiyə Avropa çempionatı öncəsi son yoxlama oyununu iyunun5-də Sloveniyaya qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər