Türkiyə 47 il sonra sevindi - VİDEO

Türkiyə 47 il sonra sevindi - VİDEO
Türkiyə yığması yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "ay-ulduzlular" Dublində İrlandiya ilə üz-üzə gəlib. 
Matç Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 17-ci dəqiqədə Ahmet İlhan Özek açıb. 5-ci dəqiqədə Tarık Çamdal fərqlənib. 78-ci dəqiqədə isə Conatan Valters irlandların təsəlli qoluna imka atıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə İrlandiya ilə 12 dəfə qarşılaşmışdı. Həmin qarşılaşmalardan birində türklər, 5-də irlandlar qələbə qazanmış, 6 matç heç-heçə yekunlaşmışdı. Türkiyə bu rəqibi üzərində yeganə qələbəsini 47 il əvvəl - 1967-ci ildə Ankarada, özü də 2:1 hesabı ilə qazanmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər