AVRO-2016-nın hazırlıqlarına başlayacaq Türkiyə milli komandası mayın 18-dən iyunun 2-dək Avropa və ABŞ-da təlim məşq toplanışı keçirəcək. Fanat.az xəbər verir ki, Fatih Terimin komandası mayın 18-də İstunbulda toplaşacaq.
İki gün sonra Kosovaya yollanacaq "ay-ulduzlular" bu ölkədə 2 gün qalacaq. Türkiyə yığması növbəti 4 günü İrlandiyada keçirəcək. Mayın 26-da Dublindən Vaşinqtona yollanacaq Fatih Terimin yetirmələri ayın 2-dək okeanın o tayında qalacaq.
Türkiyə yığması toplanış ərzində 4 yoxlama oyunu keçirəcək. "Ay-ulduzlu" yığmanın oyun proqramını təqdim edirik.
21.05.2014
Kosova - Türkiyə
Mitroviça. Adəm Yaşari adına Olimpiya stadionu. Saat 21.00.
26.05.2014
İrlandiya - Türkiyə
Dublin. Aviva stadionu. Saat 22.00.
29.05.2014
Honduras - Türkiyə
Vaşinqton. RFK stadionu. Saat 05.00.
01.06.2014
ABŞ - Türkiyə
Harrison. "Red Bull Arena". Saat 23.00.
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Fanat.az