Türk klubu Şahin Diniyevin oğlunu istəyir

Türk klubu Şahin Diniyevin oğlunu istəyir
Müqavilə ilə “Neftçi”yə məxsus olub “Sumqayıt”da icarə əsasında çıxış edən Kərim Diniyev legioner həyatı yaşaya bilər. Fanat.az xəbər verir ki, Şahin Diniyevin böyük oğlu olan mərkəz müdafiəçisinin göstəriciləri Türkiyə klubunun diqqətini cəlb edib.
Belə ki, bir neçə gün öncə Azərbaycanda səfərdə olmuş Türkiyənin “Şanlıurfaspor”un meneceri Murat Daldık “Sumqayıt” - “Bakı” matçında start heyətində çıxış etmiş Kərimə göz qoyub və qeydlərini götürüb.
Daldık bununla bağlı olaraq, öz klubuna raport təqdim edəcək. Əgər Diniyev bəyənilsə, o zaman müqavilə bağlanılacaq.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər