Türkiyə Süper Liqa klublarından "Yeni Malatyaspor" baş məşqçisi ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, 13 həftədir Super Liqada qalib gələ bilməyən komandanın rumıniyalı çalışdırıcısı Marius Şumuditsa istefaya göndərilib.
Malatyalılar 50 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 15 matçda cəmi 2 dəfə qalib gəlib, 3 heç-heçə edib və 10 məğlubiyyətlə üzləşib. Komanda hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Mirağa