Türk klubu baş məşqçisini göndərdi- RƏSMİ

Türk klubu baş məşqçisini göndərdi- RƏSMİ

Superliqa təmsilçisi “Gənclərbirliyi”nin baş məşqçisi Ümit Ozat istefaya göndərilib. 

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, səbəb Ankara təmsilçisinin uğursuz çıxışıdı.

 

Ölkə çempionatının ilk 3 turunda 1 xal toplayan və turnir cədvəlinin sonuncu pilləsində olan komandanın durumu rəhbərliyi radikal addım atmağa sövq edib.

 

Daha öncə “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor” və “Mersin İdman Yurdu”nu çalışdırmış 40 yaşlı Ozat ötən ildən “Gənclərbirliyi”nin "sükan"ı arxasındaydı. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər