Rusiyanın "Axmat" klubunda köməkçi məşqçi kimi çalışan Yaya Ture (Yaya Toure) iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, Kot-d'İvuarlı veteran futbolçu Rumıniyanın yüksək divizionunda çıxış edən "Sepsi"sinin baş məşqçisi postuna namizəddir.
Məlumatı futbol insayderi Emmanuel Roşu "Twitter" səhifəsində paylaşıb.
Mənbənin verdiyi xəbərə görə, mütəxəssis özü rumın klubuna xidmətlərini təklif edib.
Qeyd edək ki, Turenin "Axmat" ilə müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Emin Şəmsiyev