14 fevral - Tovuzun "Turan" Peşəkar Futbol Klubunun yaranma günüdür.
Fanat.Az xəbər verir ki, bununla bağlı olaraq klubun əməkdaşı Rasim Əliyev sosial şəbəkə hesabından paylaşım edib.
Onun "facebook" səhifəsi üzərindən paylaşdığı maraqlı statistik məlumatı təqdim edirik:
"Turan" 1992-ci il fevral ayının 14-də təsis olunub. Azərbaycanda ilk peşəkar futbol klubu kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Klub tovuzlu iş adamı Vidadi Əhmədov tərəfindən yaradılıb. Çempionatda bir dəfə birinci, bir dəfə ikinci, iki dəfə üçüncü, iki dəfə isə dördüncü pilləyə sahib olub. İlk dəfə ölkəmizi avrokuboklarda təmsil edən komandadır. 1994-cü ildə tovuzlular "Fənərbaxça"ya hər iki oyunda məğlub (0:5,0:2) olublar. 2005-ci ildə komanda Patalya turnirində "Malatyaspor", "Dənizlispor", "Samsunspor"u məğlub edərək finala vəsiqə qazansa da, finalda "Diyarbəkirspor"a uduzaraq ikinci mükafata sahib olub. Çempion olan mövsüm isə komanda "Birlik Kuboku"nda iştirakdan imtina edib.

Klub hazırda "Turan Tovuz Peşəkar Futbol Klubu" İctimai Birliyi kimi fəaliyyət göstrir.
Komandanın formasını geymiş məşhur futbolçular: Nizami Sadıqov, Sakit Aliyev, Nadir Nəbiyev, Ruslan Abbasov, Rəşad Sadıqov, Eltay Aslanov, Sergey Skaçenko, Asen Nikolov, Musa və Qurban Qurbanovlar, Hüseyn Məhəmmədov, Kənan Kərimov, İlham Məmmədov, Romal Hüseynov, Tərlan Əhmədov, Vidadi Rzayev, Aftandil Hacıyev, Hüsynqulu Quliyev, Məqsəd Yaqubəliyev, Rüfət Quliyev,
Komandada ən çox oyun keçirən futbolçular: Sakit Alıyev - 248 oyun
Ən çox qol vuran futbolçu - Nadir Nəbiyev - .62 qol
Mövsüm üzrə ən çox qol vuran Musa Qurbanov 35 qol (1993/94)
Komandanın qapıçısı Nizami Sadıqov BFSF(İFFHS)-nin reytinqində 1106 dəqiqəlik quru seriyayla dünyada 19-cu nəticəni göstərib, qol vurmaqda isə qapıçı dünyada ilk 10-luqda yer alıb (19 qol). 03 mart 2001-ci ildə “Dinamo-Bakılı” ilə oyunun 9-cu dəqiqəsində Nizami Sadıqovun vurduğu qol XXI əsrin ilk qolu oldu.