"Turan" uduzdu, Balayev hanı?

"Turan" uduzdu, Balayev hanı?

Qazaxıstan çempionatında 3-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı Vaqif Cavadovun məşqçi köməkçisi, Emil Balayevin isə qapısı qoruduğu “Turan” doğma meydanda Aktau “Kaspi”sinə uduzub – 0:1.

Millinin qolkiperinin adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. Bu da Balayevin əməliyyatdan sonra bərpa prosesini Azərbaycanda keçirməsi ilə bağlıdır. Qeyd edək ki, Türküstan klubu üç turdan sonra cəmi 1 xal toplaya bilib və hazırda 14 komanda  arasında 11-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər