Turan Manafovun klubunda istefa

Turan Manafovun klubunda istefa

Azərbaycanlı futbolçu Turan Manafovun çıxış etdiyi Yunanıstanın "Olimpiakos Volos" klubunda rəhbər dəyişikliyi baş verib.

Fanat.Az xəbər verir ki, klub prezidenti Sotiris Mavronassiunu istefa verib.

Onun fevralın 14-də yazdığı əlyazma məktubunda deyilir: “Klubun böyük adına və tarixinə hörmət edərək, "Olympiakos Volos"un prezidenti və baş direktoru vəzifəsindən istefa verirəm. Bu, sırf şəxsi və peşəkar səbəblərə görədir. Klubdan dost kimi ayrılıram".

İkinci liqa təmsilçisi "Olympiakos Volos" bu gün Mavronassiounun istefasını qəbul edib və səlahiyyət müddəti ərzində kluba verdiyi töhfəyə görə ona təşəkkür edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər