Azərbaycanlı futbolçu Turan Manafovun Yunanıstanın "Olimpiakos Volos" klubunda debütü baş tutmayıb.
Fanat.Az xəbər verir ki, buna səbəb "Niki Volos"la bu gün saat 17:00-da keçirilməli olan derbinin pis hava şəraiti səbəbindən yenidən təxirə salınmasıdır.
Məsələ burasındadır ki, bu görüş koronavirus səbəbilə XI turdan təxirə salınmışdı. Matçın bu gün keçirilməsi nəzərdə tutulmuşdu, ancaq Pantesalikos stadionunun uyğunsuzluğu və şaxta baş hakimin matçı təxirə salmasına səbəb olub.
KAP-ın məlumatına görə, hava şəraiti imkan verərsə, tərəflər sabah eyni stadionda və eyni vaxtda qarşılaşacaq. Mirağa