Yunanıstanın 2-ci liqasında 18-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Turan Manafovun formasını geyindiyi "Olimpiakos Volos" doğma meydanda "Panserraikos" ilə qarşılaşıb. Turanın komandası görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Manafov matça start heyətində başlayıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, 16 oyun keçirən "Olimpiakos Volos" 13 xalla 17 komanda arasında 16-cı yerdədir. Oyunun videogörüntüsünü təqdim edirik: