Turan Manafov bu gün debüt edə bilər

Turan Manafov bu gün debüt edə bilər

Ötən həftə "Səbail"i Yunanıstanın “Olimpiakos Volos” klubuna dəyişən Turan Manafov bu gün yeni komandasında debütünü rəsmiləşdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə yunan klubu məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı cinah müdafiəçisi komandanın baş məşqçi Vassilis Vouzasın "Niki" ilə oyunun hazırlığına cəlb olunmuş 22 nəfərlik heyətdə yer alıb. Düzdü, onlardan ikisi matçın başlamasına az qalmış heyətdən kənarlaşdırılacaq.

"Olimpiakos Volos"da icarə əsasında çıxış edəcək Manafovun komandası "Niki" ilə bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matça prinsipial yanaşır. Təsadüfi deyil ki, eyni şəhəri təmsil edən  komandalar arasında baş tutacaq görüş ərəfəsində ajiotaj böyükdür. "Olimpiakos Volos" rəsmi saytı vasitəsilə bəyanat yayaraq oyunu idarə edəcək hakimləri ədalətli olmağa, Hakimlər Komitəsini idarəçiliyə ciddi fikir yetirməyə səsləyib.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər