Turan Bayramov Avropa çempionatında bürünc medal qazandı

Turan Bayramov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.

Daha əvvəl Əhməd Yusifov (60 kq) bürünc mükafata sahib çıxıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər