Əvəzedicilər Liqasında 17-ci turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
Açılış oyunları məhsuldar alınıb. Belə ki, iki oyunda qapılara 13 qol vurulub.
“Araz-Naxçıvan-2” – “Sabah-2” oyununda paytaxt təmsilçisi qələbə qazanıb. “Şamaxı-2” – “Səbail-2” matçında isə meydan sahibləri seviniblər.
Əvəzedicilər Liqası 17-ci tur 15 dekabr
“Araz-Naxçıvan-2” – “Sabah-2” 3:4 Qollar: Turan Vəlizadə, 14. Bayraməli Qurbanov, 36. Sənan Ağalarov, 52 – Oluvaseun Timilehin, 17; 61. Nihat Cabbarov, 63. Turan Vəlizadə, 86-öz qapısına.
“Şamaxı-2” – “Səbail-2” 4:2 Qollar: Səbayıl Bağırov, 50; 79. Qurban Səfərov, 64. Ramin Əhmədov, 75 – Aqil Əzimli, 74. Tuncay Hacıyev, 82.