Tunisdə iki qızıl medal

Tunisdə iki qızıl medal

Azərbaycanın iki para-atleti Tunisdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, F11 kateqoriyası üzrə nüvəitələmə növündə mübarizə aparan Məhərrəm Qasımov 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib çıxıb.

Digər idmançımız Elmir Cəbrayılov (T13) isə 100 metr məsafəyə qaçışda 11.55 saniyə nəticə göstərərək finişə birinci çatıb.

İdmançılar bununla da Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər