Tunar Qazaxıstanla oyunun ən yaxşısı seçildi

Tunar Qazaxıstanla oyunun ən yaxşısı seçildi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tunar Muradov Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində Qazaxıstan yığması ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.

Fanat.Az xəbər verir ki, millinin 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.

Qeyd edək ki, qrup mərhələsinin II turunda İran seçməsinə qarşı matçın (1:0) ən yaxşı futbolçusu millinin qapıçısı Elbrus Kərimov seçilmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər