Tsxadadzenin oğlu medal almayacaq

Tsxadadzenin oğlu medal almayacaq

“İnter”in gürcü legionerləri vətəninə yollanıb. Fanat.az xəbər verir ki, Laşa Salukvadze, Aleksandr İaşvili və Baçana Tsxadadze Gürcüstandadı. Bu futbolçular  komandanın TPL-in yekun turunda AZAL-a qarşı keçirəcəyi oyunda da iştirak etməyəcək.

Sözügedən oyunçular Tofiq Bəhramov adına stadionda gümüş medallarını da ala bilməyəcək.

Qeyd edək ki, Salukvadze və Tsxadadze Gürcüstan yığmasına çağırılıb. “İnter”in düşərgəsini həmçinin, Yohan Bokonyano və Matiya Şpiçiç müvəqqəti tərk ediblər ki, onlar da medallarına qovuşmaq üçün gözləməli olacaq.

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər