Avroliqanın ilkin təsnifat mərhələsi üçün UEFA-ya təqdim etdiyi sifariş ərizəsinə yalnız bir hücumçunun – baş məşqçi Kaxaber Tsxadazenin oğlu Baçananın adını salan “İnter” olduqca istedadlı hücumçunun xidmətindən imtina edib. Bu, karyerasına 2001-ci ildə vətəni Argentinanın “Estudyantes” klubunda başlayan Esteban Solaridi.
1980-ci il təvəllüdlü Solari son mövsümdə Yunanıstan “Ksanti”sində forma geyib və 16 qolla çempionatın bombardiri olub. Yunanıstan klubuna keçənədək Kipr, İspaniya və Belçika çempionatlarında da top qovmağa imkan tapan ucaboy forvard (ön xətt oyunçusu 187 santimetr boya malikdi) yüksək qol duyumu və taktika anlayışı, başla gözəl oyunu ilə seçilsə də, Tsxadadze onu sərəncamında görmək istəməyib.
Fanat.az