Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin Qazaxıstanın "Kayrat" klubuna keçidi rəsmiləşib.
Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcü mütəxəssis "Kayrat"la mövsümün sonuna qədər müqavilə imzalayıb.
Sxadadze yeni klubunda bir müddət öncə istefaya göndərilmiş Aleksandr Borodyuku əvəzləyib.
Qeyd edək ki, 2009-2014-cü illərdə "İnter"i çalışdıran Tsxadadzenin son iş yeri Gürcüstan millisi olub. O, 2014-cü ilin noyabrından 2016-cı ilin fevralınadək ölkəsinin yığmasını çalışdırıb.


Fanat.az