"İnter"ə yenicə köməkçi məşqçi təyin olunan Marino Puşiç məşqçilər korpusunda yer almayacaq. Fanat.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze bildirib.
O, hollandiyalı mütəxəssisin ancaq komandanı yaxından izləməklə məşğul olacağını bildirib: "Onu klub rəhbərliyi gətirib. Bu işə qarışa bilmərəm. Rəhbərlik klubun gələcəyini düşünərək, onu dəvət edib. Sadəcə, deyə bilərəm ki, o, mənim köməkçim deyil. Çünki mənim öz məşqçi heyətim var. Oyunları tribunadan izləyir. Komandanı indidən tanımaq istəyir".
Fanat.az