Tsxadadze konqolu müdafiəçini itirdi

Tsxadadze konqolu müdafiəçini itirdi
"İnter" "Xəzər Lənkəran"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze XXXII turda Brüs Abdullayenin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb konqolu müdafiəçinin cəzalı duruma düşməsidi. "Bakı" ilə oyunun 20-ci dəqiqəsində Brüs əllə oyuna görə cəzalanıb və sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə 12-ci "sarı"sı olub. Deməli Abdullaye mövsüm ərzində 3-cü dəfə eyni səbəbdən oyun buraxacaq.
Qeyd edək ki, hazırda "İnter"də Sezar Meza Kolli, Ruslan Əmircanov və Laşa Salukvadze zədədən əziyyət çəkir. İtaliyalı futbolçu üçün mövsüm artıq başa çatıb. Əmircanovla Salukvadze isə fərdi qaydada məşqləri davam etdirir. Onların "Xəzər Lənkəran" matçında meydana çıxması mümkündü.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər