Trinkan "Əl-Əhli"yə keçdi - RƏSMİ

Trinkan "Əl-Əhli"yə keçdi - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu portuqaliyalı vinger Fransişku Trinkanı heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı Asiya təmsilçisinin mətbuat xidməti yayıb. 

"Sportinq"dən ayrılan Trinkan ərəblərlə 4 illik müqavilə bağlayıb.

Tanınmış insayder Fabritsio Romano "Əl-Əhli"nin bu keçid üçün qarşı tərəfə 45 milyon avro ödədiyini vurğulayıb, "Sportinq"in əlavə bonuslar şəklində daha 5 milyon avro qazana biləcəyini bəyan edib 

26 yaşlı futbolçu ötən mövsüm Lissabon komandasının sıralarında bütün turnirlərdə 47 oyuna çıxaraq 11 qol və 15 məhsuldar ötürmə müəllifi olub.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər