Trent Aleksander-Arnold gələcəyi ilə bağlı yekun qərarını verdi

Trent Aleksander-Arnold gələcəyi ilə bağlı yekun qərarını verdi

"Liverpul"un vitse-kapitanı və sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold gələcək karyerası ilə bağlı son qərarını verib.

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Ramon Alvares de Mon şəxsi "X" hesabı üzərindən yayıb.

Xəbərə görə, klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq İngiltərə millisinin üzvü "Real Madrid"lə razılığa gəlib. Mənbə Trentin "Kral klubu"na yanvarda da qoşula biləcəyini vurğulayıb.

Qeyd edək ki, 25 yaşlı Aleksander-Arnold "Liverpul"un yetirməsidir. O, 2016-cı ildən əsas komandada çıxış edir. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər